Aptekdən oğurluq edəndə tutuldu

1-08-2017, 14:59           
Aptekdən oğurluq edəndə tutuldu
30 iyul 2017-ci il tarixində gecə saatlarında Nərimanov Rayon Mühafizə İdarəsi (RMİ) əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan H.Əliyev prospektindəki apteklərdən birindən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

DİN-in mətbuat xidmətindən daxil olan xəbərə görə, həyəcan siqnalı daxil olandan cəmi 40 saniyə sonra Nərimanov RMi-nin operativ qrupu hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin giriş qapısının sındırıldığı aşkar edilib.

Aptekdən oğurluq etməyə cəhd göstərən şəxs Nərimanov RMİ-nin əməkdaşlarını görüb hadisə yerindən qaçmağa cəhd göstərən zaman saxlanılaraq 16-cı Polis Bölməsinə təhvil verilib.

Bölmədə aptekdən oğurluğa cəhd edən şəxsin Ağsu rayon sakini Əlisahib Bədəlov olduğu müəyyən edilib. Onun üzərindən obyektin dəmir barmaqlıqlarını qırmaq üçün istifadə etdiyi alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.