Sumqayıtlı nurçu Kambocada atası üçün FETO sayağı ehsan verdi - FOTOLAR
1-08-2017, 19:04
Qalib Namazov adlı Sumqayıt sakini atası üçün 40 mərasimi keçirməyib, əvəzində isə Kambocada onun şərəfinə bulaq tikdirib.
Bu barədə Q.Namazovun özü məlumat verib.
"Atam rəhmətə getdi, 40 mərasimini qəsdən keçirmədik. Yer icarəsi, qadın-kişi mollası, israfçı ehsan süfrəsi və s. yerinə Kambocada ata-anamın xeyratına su quyusu tidirdim. Qoy insanlar susuzluqdan əziyyət çəkməsin və hər dəfə atam üçün dua etsinlər", - deyə o, qeyd edib.
Q.Namazov həmçinin israfçı mərasimlər yerinə digər insanların da xeyirxah işlər görməsini istədiyini bildirib.
Gundeminfo.az bildirir ki, əslində Azərbaycan cəmiyyəti bu hadisəni təqdir etdi. Lakin fotolara diqqətlə baxanda bəlli olur ki, əslində Türkiyədə yüzlərlə dinc insanın qanına susamış FETO-çuların davamçısı olan gənc edib bunu. Çünki fotolarda "Risaleyi-Nur" sözləri bir daha sübut edir ki, adamlar Fətullah Gülənin davamçılarıdır. Və bu məqam ondan ibarətdir ki, FETO-çüların bu "humanist" addımları əslində cəmiyyəti aldadaraq güya daha sağlam və mütərəqqi olduqlarını nümayiş etdirmək üçündür.
DİA.AZ bildirir ki, əslində Qalib Namazov bu addımın yerli mediada reklam etdirməklə (məhz reklam) özü barəsində tamam fərqli fikir formalaşdırmağa çalışıb. Amma realda görünən mənzərə onun cəmiyyəti yanıltma çabalarını heçə endirib. Çünki fotolardan da lövhədəki "RİSALEİ-NUR" sözlərini apaydın duymaq mümkündür.
Təməli kürd millətçisi Səid Nursi (Kürdi) tərəfindən atılan və onun sərsəmələrindən ibarət olan bu risalələri bu gün məhz FETÖ-çular özlərinə əsas istinad qaynağı kimi görürlər. Görünür, sumqayıtlı qardaşımız da atasının ehsanı əvəzinə Kambocada artezian qazdırmaqla əslində kreativlik yox, məzhəbinin - təşkilatının buyurduqlarını edib.
Nə deyirik, nə deyə bilərik. Allah ölənə rəhmət eləsin... Qalan yazıq..