Bakı sakini onu evinə dəvət edən qadının TƏLƏSİNƏ DÜŞDÜ

30-03-2018, 13:52           
Bakı sakini onu evinə dəvət edən qadının TƏLƏSİNƏ DÜŞDÜ
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Həsənov martın 25-də tanış olduğu bir qadının onu M.Qaşqay küçəsindəki evə qonaq çağırdığını bildirib. Dediyinə görə, sonradan həmin evə gələn 2 naməlum şəxs özlərini həmin qadının əri və qohumu kimi təqdim edib onu hədələyərək 5000 manat pul verməsini tələb ediblər.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxslərdən biri qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Alməmmədov olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Əməliyyat-axtarış tədbirləri aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.