Gülər Əhmədovaya deputat pensiyası təyin olunub - Vəkildən açıqlama

4-06-2018, 22:34           
Gülər Əhmədovaya deputat pensiyası təyin olunub - Vəkildən açıqlama
Sabiq deputat Gülər Əhmədovaya deputat pensiyası təyin olunub


“AzPolitika.info”nun məlumatına görə, bu barədə tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsində xəbər verib

Onun yazdığına görə, məhkəmənin qərarı ilə Gülər Əhmədovaya əlillik dərəcəsi verilməsinə və pensiya təyin edilməsinə nail olunub: “Hüquqlarını müdafiə etdiyim Milli Məclisinin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunmasına nail olduq. Belə ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilmişdir. Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru