Nikaraquada etirazlar zamanı ölənlərin sayı 127-yə çatıb

5-06-2018, 08:25           

Nikaraquada hökümətə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 127 nəfər çatıb.

Trend-in məlumatına görə, etirazlar zamanı minə yaxın insan xəsarət alıb.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hakimiyyətin təklif etdiyi islahatlar fonunda başlayıb. Ölkə prezidenti Daniel Orteqo sözügedən islahatı ləğv edib.

BMT-nin insan hüquqları üzrə Ali komissarının idarəsi daha əvvəl Nikaraquada hökumət əleyhinə etirazlar zamanı ölən və yaralananların artması ilə əlaqədar narahatlığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru