Qvatemalada vulkanik püskürmə nəticəsində 192 nəfər itkin düşüb

6-06-2018, 08:36           

Fueqo vulkanının püskürməsi nəticəsində itkin düşənlərin sayı təxminən 200 nəfərə çatıb. Bu barədə çərşənbə axşamı Qvatemala şəhərinin böhran vəziyyətinin aradan qaldırılması üzrə xidmət rəisi Serxio Kabanyas bildirib.

“192 adamın itkin düşdüyü haqda məlumatımız var. Onların adları, yaşları və yaşadıqları ünvanlar bizə məlumdur”, Qvatemala hökuməti mətbuat konfransı zamanı Kabanyasın sözlərinə istinad verir.

Qvatemala Milli Məhkəmə İnstitutunun məlumatına görə, 75 cəsəd tapılıb, onlardan yalnız 23 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Öncədən ölkənin Məhkəmə tibbi ekspertiza İnstitutunun direktoru Fanuel Qarsiya Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin ümumi sayının 72 nəfər olduğunu bildirirdi. Digər 35 nəfər xəstəxanalara yerləşdirilib, əksəriyyətinin vəziyyəti kritik olaraq qalmaqdadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru