Azərbaycanda bir sayt başqa bir saytı şikayət etdi - "Transseksuallığı təbliğ edir..."

6-06-2018, 18:55           
Azərbaycanda bir sayt başqa bir saytı şikayət etdi - "Transseksuallığı təbliğ edir..."
Son illərdə Azərbaycanda transseksualların sayının sürətlə çoxalması aydın şəkildə müşahidə olunur. DİA.AZ bildirir ki, bu sözlərlə məqaləsinə başlayan femida.az saytı başqa bir xəbər portalına qarşı ittiham irəli sürüb. Femida.az-ın məqaləsində deyilir:

"Sosial şəbəkələri diqqətlə izləsək, fərqli cinsi orientasiyaya mənsub insanların seks-bizneslə məşğul olduğuna şahid olarıq. Təəssüf ki, bəzi saytlarda da transseksuallığın açıq şəkildə təbliğatını görmək olur. Məsələn, "xəbərçi.az" saytı Dərya Rzazadə adlı transseksualdan geniş video müsahibə alıb. Bununla da transeksuallıq və fahişəliyi bilavasitə təbliğ etmiş olub.

Femida.az hüquq saytı olaraq Mətbuat Şurasına müraciət edərək bildiririk ki, həm müsahibəyə qoyulan başlıq, həm də transseksualla edilə söhbətin məğzi birbaşa transseksuallığın, həmçinin seks-biznesin açıq şəkildə təbliğatıdır. Xahiş edirik ki, bununla bağlı ölçü götürülsün".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru