Bağdadda baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 93 nəfər yaralanıb

7-06-2018, 08:08           

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 93 nəfər yaralanıb.



APA-nın məlumatına görə, bu barədə “Əs-Sümariyə” telekanalına İraq Səhiyyə nazirliyinin nümayəndəsi bildirib.



“Partlayışla əlaqədar xəstəxanalara 93 nəfər çatdırılıb. 70 nəfər xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. 10 nəfərin öldüyü təsdiqlənib”, deyə nazirlik rəsmisi qeyd edib.



“Əl-Ərəbiyə” telekanalının xəbərinə görə, Bağdadın şərqində silah-sursat anbarında partlayış olub. Bundan əvvəl Bağdadda ardıcıl iki partlayışın baş verdiyi bildirilirdi.



***



00:47



İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış baş verib.



APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə ikisi uşaq olmaqla 7 nəfər ölüb, 20 nəfər yaralanıb.



Məlumata əsasən, partlayıcı qurğular məscidin yaxınlığında işə düşüb. Yaxınlıqdakı yaşayış evlərinə ziyan dəydiyi bildirilir.



Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru