ABŞ-da dünyada ən güclü superkompyuter hazırlanıb

9-06-2018, 08:19           
ABŞ-da dünyada ən güclü superkompyuter hazırlanıb
Birləşmiş Ştatlar dünyada ən güclü superkompyuter hazırlamaqla Çini qabaqlayıb.

"Report"un məlumatına görə, bu barədə Massaçuset ştatının Texnologiya İnstitutunun jurnalı "MIT Technology Review" bildirib.

Bilddirilir ki, Tennesi ştatının Milli Tədqiqat Laboratoriyasının mütəxəssisləri "Summit" kompyuterini yaradıblar. Onun istehsal gücü 200 petaflops, yaxud saniyədə 200 kvadrilyon əməliyyatı həyata keçirmək qabiliyyətindədir.

Alimlər qeyd ediblər ki, kompyuter Çinin əvvəllər dünyada ən güclü sayılmış "Sunway TaihuLight» superkompyuterindən 60 faiz sürətlidir. Texnologiya maşını iki tennis kortu ölçüsündədir. Onun çəkisi təyyarə çəkisindən ağırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru