Elnarə Tofiqqızının işinə baxan gənc hakim öldü

12-05-2016, 12:50           
Elnarə Tofiqqızının işinə baxan gənc hakim öldü
Azərbaycanın gənc xanım hakimlərindən olan Mətanət Qasımova dünyasını dəyişib.

Axar.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hakimi Mətanət Eynulla qızı Qasımova uzun sürən xəstəlikdən sonra rəhmətə gedib.

M.Qasımova 1980-ci ildə anadan olub, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 2001-2004-cü illərdə Binəqədi Rayon Məhkəməsində makinaçısı kimi fəaliyyətə başlayıb.

2006-cı ildə Ali Məhkəmədə məsləhətçi, 2006-2007-ci illərdə Xətai Tikinti Mexanizasiya ASC-də hüquq məsləhətçisi, 2007-2013-cü illərdə Xəzər Rayon Məhkəməsində məsləhətçi vəzifəsini daşıyıb.

2013-cü ildən Yasamal Rayon Məhkəməsinin hakimi idi.

Onkoloji xəstəlikdən əziyyət çəkən M.Qasımova 2015-ci ildən müalicə alırdı.

Xatırladaq ki, M.Qasımovanın adı mərhum tənqidçi, BSU-nun dekanı Elnarə Tofiqqızının ölümündən sonra ailəsi tərəfindən qaldırılan iddiaya baxan hakim kimi dəfələrlə gündəmdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru