Bakıda 3 yaşlı körpənin DƏHŞƏTLİ ÖLÜMÜ: - valideynləri yuxudaykən...

12-05-2016, 13:34           
Bakıda 3 yaşlı körpənin DƏHŞƏTLİ ÖLÜMÜ: - valideynləri yuxudaykən...
Bu gün Bakıda azyaşlının ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, saat 07 radələrində Qara Qarayev prosektində binanın qarşısında 3-4 yaşlı oğlan uşağının meyiti tapılıb. Hadisə yerinə xeyli insan yığılsa da, uşağın valideynləri tapılmayıb.

Saat 09 radələrində yuxudan ayılan valideynlər uşağın eyvandan yıxılaraq öldüyünü görüblər.

İlkin araşdırma zamanı bədbəxt hadisə nəticəsində ölən uşağın 2013-cü il təvəllüdlü Vəliyev İsa Rüstəm oğlu olması müəyyən edilib. Məlum olub ki, səhər yuxudan duran uşaq nənənin bazara getməsi ilə nəzarətsiz qalıb və eyvana çıxıb. Valideynləri hələ də yuxuda olduğundan uşağın başına gələndən xeyli sonra xəbər tutub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru