Lənkəranda 38 yaşlı kişi intihar edib

30-03-2018, 13:10           
Lənkəranda 38 yaşlı kişi intihar edib
Lənkəran sakini intihar edib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Mais Mirkazım oğlu Əsgərov evində özünü asıb.

Onun meyiti yaxınları tərəfindən aşkar olunub.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Məlumata görə, iki uşaq atası olan M.Əskərov həyat yoldaşından iki il əvvəl ayrılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru