Ailəsi Lütfi Zadədən imtina etdi? Məzarüstü abidəsi üçün heç kim müraciət etmədi - RƏSMİ AÇIQLAMA
30-03-2018, 20:33
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçib. Lakin uzun bir müddət keçməsinə baxmayaraq hələ də dahi alimin məzarüstü abidəsi qoyulmayıb.
Bununla bağlı BiG.AZ-a açıqlama verən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov qeyd edib ki, 6 ay keçməsinə baxmayaraq hələ kə, Lütfi Zadənin ailəsi tərəfindən bizə heç bir müraciət olunmayıb: “Ailəsi bizə şəkil təqdim etməli və hansı formada istədikləri barədə məlumat verməlidir. Biz hər zaman ailənin istəyini nəzərə alırıq. 6 ay keçməyinə baxmayaraq ailədən bir səs çıxmır. Əgər heç kim yaxın gəlmirsə həmin şəxsin bir şəkilini tapıb özümüz düzəldəcəyik. Fəxri Xiyaban belədir ki, orda dəfn edilənlərin yaxınları tərfindən istənilən hər bir şey qoyula bilər. Ailəsindən heç kim yaxın gəlmədiyinə görə bizdə çıxılmaz vəziyyətdə qalmışıq. Biz hələ ki, gözləyirik. Əgər Lütfi Zadənin ailəsi tərəfindən heç bir müraciət olunmasa yaxın vaxtlarda biz qəbrinin üstünü götürəcəyik”.