Putindən Əlixanova sərt cavab

21-05-2022, 08:23           
Putindən Əlixanova sərt cavab
Prezident Vladimir Putin tikinti sektorundakı geriləməni Ukraynada xüsusi əməliyyatın başlaması ilə izah etməyə çalışan Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanova qəzəbli cavab verib.

Teleqraf.com xəbər verir ki, Kremlin saytının məlumatına görə, Putin qubernatorla videokonfrans vasitəsilə işgüzar görüş keçirib.

“Sizdə bütövlükdə tikinti sektorunda kifayət qədər nəzərəçarpacaq azalma var” deyən Putin bunun səbəbini soruşub.

Əlixanov izah edib ki, hərbi əməliyyatlar başlayandan sonra “logistik əlaqələr müvəqqəti olaraq pozulub”. “Biz hələ də xaricdən çox şey almışıq və diqqətimizi qonşu dövlətlərin ərazisindən tranzitə yönəltmişik. Təchizatı yeni reallıqlara uyğunlaşdırmaq üçün bizə vaxt lazım oldu. Bu, artıq hazırdır”, - deyə o bildirib.

Prezident cavabında deyib: “Bizim xüsusi hərbi əməliyyatımızın bu məsələyə dəxli yoxdur. Tikintidə azalma hələ 2020-2021-ci illərdə, özü də nəzərəçarpacaq dərəcədə müşahidə edildi və Rusiyanın əməliyyatının məsələ ilə heç bir əlaqəsi yoxdur".

Putin "əlavə çətinliklərin yaranacağı" ilə razılaşdı, lakin qeyd etdi ki, izahat çox da ağılabatan deyildi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru