“Ebola” da aktivləşdi: Ölüm sayı artır…

22-05-2022, 08:24           
“Ebola” da aktivləşdi:
Konqo Demokratik Respublikasında (KDR) son 30 gündə “Ebola” virusundan dördüncü ölüm halı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) KDR-dəki nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, 12 yaşlı yeniyetmə mayın 20-də “Ebola” virusundan (EVH) ölüb.

Qeyd edək ki, 2022-ci ildə ilk “Ebola” hadisəsi rəsmi olaraq aprelin ikinci yarısında KDR-də qeydə alınıb. Virusa yoluxmuş 31 yaşlı kişi Mbandaka xəstəxanasına aparılıb və aprelin 21-də orada ölüb. Onun qohumu olan qadın aprelin 26-da yoluxmadan dünyasını dəyişib. On gün sonra 48 yaşlı kişi bu virusundan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru