Rus ordusuna cəhənnəm yaşadan Ukrayna artileriysı iş başında - Rus əskərləri qaçıb gizlənməyə deşik tapmırlar VİDEO

25-05-2022, 20:23           
Rus ordusuna cəhənnəm yaşadan Ukrayna artileriysı iş başında -
Ukrayna hərbçiləri Rusiya ordusunun mövqelərini bombalayıb. Teref/az AzVision.az-a istinadla xəbər verir ki, artilleriya ilə həyata keçirilən uğurlu əməliyyata dair görüntülər xarici KİV-in diqqətini çəkib.

Bildirilir ki, artilleriyanın dəqiq atışları rus hərbçilərin mövqeləri ataraq geri qayıtmasına, qaçmağa səbəb olub.

"Ukrayna Strateji Kommunikasiyalar Mərkəzi hücumun knyaz Konstantin Ostroqskinin adını daşıyan 30-cu Mexanikləşdirilmiş Briqadanın üzvləri tərəfindən həyata keçirildiyini bəyan edib. Kadrlardan da aydın şəkildə görünür ki, binalara, səngərlərə və zirehli maşınlara bomba "yağışı" yağarkən rus əsgərləri qaçıb gizlənməyə yer tapmırlar. Onların ayaq basdıqları hər yer hədəfə çevrilir. Kremlin hələ də "xüsusi hərbi əməliyyat" adlandırdığı bu işğal Rusiya qoşunları üçün cəhənnəm yoluna çevrilir... Bu gün müharibənin 91-ci günüdür", - xarici KİV yazıb.

"The Sun" nəşri də məlum videonu yayaraq ukraynalı artilleriyaçıların məharətlərini öyüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru