Vladimir Zelenski daha bir həmyerlimizi təltif edib FOTO
26-05-2022, 08:38
Teref.az yazır ki, Vladimir Zelenski daha bir həmyerlimizi təltif edib. Desant-hücum birləşmələrinin zabiti, Donetsk vilayətində döyüşlərdə ağır yaralanmış, hal-hazırda müalicəsi davam edən Ağayev Əlixan Ruslan oğlu ikinci dərəcəli Boqdan Xmelnitski ordeninə layiq görülüb. Əlixan 1995-ci ildə Dneprdə anadan olsa da, əsilləri Goyçaydandır. Teref.az