Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır

26-05-2022, 10:03           
Rusiyalı oliqarxların Aİ tərəfindən dondurulan aktivlərinin dəyəri artıq 10 milyard avroya yaxındır
İlkin hesablamalara görə, Ukraynaya qarşı müharibəyə görə sanksiyalar çərçivəsində Aİ-də dondurulan rusiyalı oliqarxların aktivlərinin dəyəri artıq təxminən 10 milyard avroya çatıb.

“Spiegel”ə görə, bu rəqəmi “dpa” agentliyi Avropa Komissiyasının məlumatlarına əsaslanaraq açıqlayıb.

Rusiyalı oliqarxlar sanksiyalara görə Avropa İttifaqında təxminən 10 milyard avroya yaxın dəyərdə öz fondlarına, daşınmaz əmlaklarına və dəbdəbəli yaxtalarına çıxış imkanlarını itiriblər. Aprelin 8-də bu məbləğ təqribən 6,7 milyarda çatıb. Avropa İttifaqında dondurulmuş Rusiyanın aktivlərinin ümumi məbləği bu vəsaitlərlə birlikdə o zaman təxminən 30 milyard avro təşkil edirdi.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın bərpası üçün bu dondurulmuş aktivlərdən istifadəyə icazə verib. KİV-in məlumatına görə, çərşənbə günü, mayın 25-də Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə icazə verən qanunvericilik təklifi ilə çıxış edə bilər.

Mənbə: Evropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru