Tələbələri rektorla hədələyən müdirə nə cəza verildi? - ÖZƏL

26-05-2022, 12:57           
Tələbələri rektorla hədələyən müdirə nə cəza verildi? - ÖZƏL
Xəzər Universitetində vurulan elan narazılığa səbəb olub.

Bu barədə təhsil eksperti Kamran Əsədov paylaşım edib.

Elanda tələbələrə bildirilib ki, kənardan yemək gətirmək qəti qadağandır, əks halda töhmət alacaqlar.

“Töhmət nədir? Tələbəni daxili nizam-intizam qaydalarını pozduğuna görə xaric etmək, universitetin işgüzar fəaliyyətinə xələl gətirdiyinə görə məhkəməyə verib təzminat almaq lazımdır. Ona görə də biz xarici ölkələrdən mütəxəssislər gətiririk, uşaqları xarici universitetlərə qəbul etdirik ki, maksimum dərəcədə bu anormallıqdan uzaq olsunlar. Azərbaycan universitetlərinin Azərbaycan elmində, sənayesində, iqtisadiyyatında, səhiyyəsində hansı rolu var?”

Xatırladaq ki, universitetin rektoru İradə Xəlilovadır. Elan sosial şəbəkələrdə ciddi etiraza səbəb olub. Bildirilib ki, universitetin yeməkxanasında qiymətlər baha olduğuna görə tələbələr bəzən özləri ilə nisbətən daha ucuz "tezbazar" yeməklər alıb gətirir. Bu isə satışa təsir etdindən tələbələrə qadağa qoyulub.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Xəzər Universitetinin sözçüsü Əlövsət Əmirbəyli deyib ki, elan artıq yırtıb atılıb:

“Biz dünən axşam fərqinə vardıq. Onu səhər 7:30-da yırtıb atmışıq. Yeməkxana müdiri səlahiyyət həddini aşıb və rektorluğa dəvət olunub. Onunla bağlı tədbir görüləcək. Yeməkxana müdiri özü elan asıb, bu elanın universitetə aidiyyəti yoxdur. Orada müdiriyyət yazıb, elan veriləndə universitet, rektorluq adından verilir. O müdiriyyət olaraq özünü zənn edib. Yalnız elandır, aradan qaldırılıb”.cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.