Mariupol uğrunda döyüşlərdə öldürülən rus hərbçilərinin sayı açıqlandı

29-05-2022, 08:24           
Mariupol uğrunda döyüşlərdə öldürülən rus hərbçilərinin sayı açıqlandı
Ukraynada Mariupol uğrunda küçə döyüşlərində Rusiyanın 6 minə yaxın hərbçisi öldürülüb.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

"Zərərsizləşdirilən hərbçilər arasında ən yaxşı kadrlar olub - xüsusi təyinatlılar, tank alayları, dəniz piyadaları və s”, - Arestoviç bildirib.

Onun sözlərinə görə, qarşıdakı üç gün Rusiyanın Lisiçansk və Severodonetski mühasirəyə almasının nəticələrini görəcək.

Xatırladaq ki, bundan əvvəl Mariupolda yalnız Azov döyüşçülərinin 2 500-ə yaxın hərbçini məhv etdiyi, daha 5 000-ə yaxınını isə yaraladığı bildirilirdi.

Qeyd edək ki, bir neçə ay tam mühasirədə vuruşan Mariupolun müdafiəçiləri daha sonra təslim oldular. Bu gün Fransa və Almaniya liderləri Rusiya Prezidenti Vladimir Putindən 2 500 ukraynalı müdafiəçini azad etməyi tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru