5 ölkə zəvvarları üçün Məkkə Yolu layihəsi başladı

5-06-2022, 09:46           
5 ölkə zəvvarları üçün Məkkə Yolu layihəsi başladı
Səudiyyə Ərəbistanı "Vizyon 2030" proqramlarından biri olan "Allahın qonaqlarına xidmət proqramı" təşəbbüsləri çərçivəsində Pakistan, Malayziya, İndoneziya, Mərakeş və Banqladeşdə Məkkə Yolu layihəsinə start verib.

Axar.az xəbər verir ki, Məkkə Yolu layihəsi bu 5 ölkədəki zəvvarların elektron viza, pasport və sağlamlıq prosedurlarından tutmuş nəqliyyat, yerləşdirmə və baqaj prosedurlarına qədər, bir çox prosesi asanlaşdırmağı ehtiva edir.

Səudiyyə DİN açıqlamasında Məkkə Yolu layihəsinin Xarici İşlər, Həcc və Ümrə ilə Səhiyyə nazirlikləri, eləcə də bir çox dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində həyata keçirildiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru