İlon Maska məxsus şəhərin adı dəyişdirildi

6-05-2025, 09:14           
İlon Maska məxsus şəhərin adı dəyişdirildi
ABŞ-ın Texas ştatında yerli sakinlər, “SpaceX” şirkətinin buraxılış sahəsinin yerləşdiyi ərazinin adının “Starbase” (Ulduz Bazası) olaraq dəyişdirilməsi üçün keçirilən səsvermədə yeni adın lehinə səs veriblər.

“Haber Qlobal” xəbər verir ki, İlon Maska məxsus SpaceX şirkətinin buraxılış sahəsinin yerləşdiyi Kameron dairəsində keçirilən səsvermənin nəticələrinə əsasən, bölgənin adı rəsmi olaraq “Starbase” olaraq dəyişdirilib.
Əhalisinin böyük hissəsini “SpaceX” əməkdaşlarının təşkil etdiyi yaşayış məntəqəsində keçirilən səsvermədə 212 nəfər ad dəyişikliyinə “bəli”, yalnız 6 nəfər isə köhnə adın saxlanılması yönündə səs verib.
Kameron Dairəsi Seçki İdarəsinin rəhbəri Remi Garza bildirib ki, səsvermənin nəticələri dairə hakimi tərəfindən təsdiqləndikdən sonra “Starbase” rəsmi olaraq Texas ştatının bələdiyyəsi kimi qeydiyyata alınacaq.
“SpaceX”in sahibi İlon Mask da sosial media hesabında paylaşım edərək “Starbase”in “artıq real bir şəhər” olduğunu bildirib və səsvermənin nəticələrini təntənə ilə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru