Böyük Britaniyada İranla əlaqəli terror hücumunun qarşısı alınıb.
“Daily Mail” xəbər verir ki, Britaniya polisi və MI5 (Böyük Britaniyanın daxili təhlükəsizlik xidməti) tərəfindən keçirilən genişmiqyaslı antiterror əməliyyatı nəticəsində İrana bağlı olduğu iddia edilən “terrorçu şəbəkə”nin ölkə daxilində böyük terror aktı planladığı ifşa edilib. Əməliyyat Londonda və ölkənin digər şəhərlərində koordinasiyalı reydlərlə həyata keçirilib və nəticədə nəfər terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Hücum planının ifşası Britaniyanın xüsusi təyinatlı qüvvələrinin də iştirak etdiyi yüksək əhəmiyyətli əməliyyat nəticəsində mümkün olub.
Qeyd edək ki, əməliyyat İrana məxsus olduğu düşünülən casus kameralarının məhv edilməsi və casusluqda şübhəli bilinən digər üç şəxsin həbsindən yalnız bir neçə saat sonra həyata keçirilib.