Daha bir yüksək vəzifəli şəxs işsiz qalacaq - Qüdrət Qurbanovun "kantoru" bağlanır

6-06-2017, 13:02           
Daha bir yüksək vəzifəli şəxs işsiz qalacaq - Qüdrət Qurbanovun "kantoru" bağlanır
Prezident Administrasiyasında müşahidə olunan məlum islahat dalğası digər dövlət qurumlarında da müşahidə olunacaq. Bu barədə DİA.AZ-a daxil olan informasiyada qeyd olunur. Məlumatlı mənbənin bildirdiklərindən belə anlaşılır ki, yaxın günlərdə daha bir dövlət qurumunun ləğvi nəzərdə tutulub.

Mənbənin dia.az-a söylədikləri:

"Bu günlərdə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının da eynən Nəqliyyat Nazirliyi kimi ləğv edilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi gözlənilir. Əslində bu qəar çoxdan verilməlidir. Sadəcə olaraq Nəqliyyat Nazirliyinin qeyd olunan quruma birləşdirilməsi prosesi ləng getdiyindən Dövlət Dəniz Administrasiyasının da NRYTN-nə birləşdirilməsi yubanır. Və bu birlik baş tutuandan sonra nazirliyin adı yenidən dəyişmiş olacaq".

Dia.az xatırladır ki, hazırda Dövlət Dəniz Administrasiyasının rəhbəri postunu Qüdrət Qurbanov tutur ki, bu şəxsə qarşı da çox sərt ittihamlar yer almaqdadır. Ola bilsin ki, qurumun ləğvi qərarında bu məsələ də xüsusi olaraq rol oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru