Bakı Biznes Universitetinin rektoru Tarif Şurası ilə ayaqlaşır?- ŞOK İDDİA

19-01-2017, 21:49           
 Bakı Biznes Universitetinin rektoru Tarif Şurası ilə ayaqlaşır?- ŞOK İDDİA
Tarif Şurasının qərarı bəzi özəl ali məktəblərdə rüşvətin tarifinə təsir edib

Politika.Az-a daxil olan məlumata görə, Bakı Biznes Universiteti qış semestri ilə bağlı bahalaşmaya getməli olub.

İşıq və qazın qiymətinin artması, xərclərin çoxalması bəhanə gətirilərək tələbələrdən istənilən imtahan pulunun məbləği qaldırılıb. Bu da ciddi narazılıq yaradıb.

Bakı Biznes Universitetinin biznes qurumu olduğunu deyən tələbələrin sözlərinə görə, onların yeni tarifləri ödəməyə imkanı yoxdur.

Tələbələr qeyd edirlər ki, rektorluq təhsil qaydaları ilə yox, Tarif Şurasının qərarları ilə hərəkət edir. Biznes universitetini bazara çevirən rəhbərlik semestr imtahanlarının qiymətini iqtisadi böhrana görə müəyyənləşdirir.

Bildirilir ki, rektorluq heç də yorğana görə ayaq uzatmır. İndi artıq mövsüm elan olunub və tələbələrdən pul yığma kampaniyası başlanıb.

Adı son zamanlar lisenziyası ləğv ediləcək təhsil ocaqları siyahısında keçən bu universitetdə həmişə bazar qaydalarının hökm sürdüyü deyilir.

İndi də insanların sosial həyatını, işsizlik və ərzaq bahalaşmasını nəzərə almayan rektorluq tələbələrin dərisini soyur.

Rektor İbad Abbasov ali məktəbin tələbələrinə geniş imkan yaradıb ki, bu qış mövsümündə soyulub istirahətə getsinlər.

Elə adından bəlli olduğu kimi – Bakı Biznes Universiteti bizneslə məşğuldur. Bu biznesdən hər semestrdə gəlir götürən İ.Abbasov rektordan daha çox varlanmış oliqarx təəssüratı oyadır.

Adamda elə təsəvvür yaranır ki, sanki ali məktəbdə alver rəsmiləşdirilib və artıq çoxluq buna adi hal kimi baxır. Rektor İbad Abbasov tələbələrin hesabına külli miqdarda gəlir əldə etməklə tək özünü yox, yuxarı dairələri də yemlədiyini yaxın çevrəsində bəyan edir.

Politika.Az-ın xəbərinə görə, bir qayıbın qiyməti 20 manatdan 30 manata qaldırılıb. Qiyabi şöbədə təhsil alan tələbələrdən hər bir imtahan üçün 30-50 manat arası rüşvət alınığı bildirilir.

Bu qiymət 60 manata çatdırılıb. Kursun qiyməti isə fakültələrdən asılı olaraq 700-1200 manat arasında dəyişir. Bu tariflərdə həəlik dəyişiklik olmayıb.

Deyilənlərə görə, bu gün Bakı Biznes Universitetində elə tələbələr təhsil alır ki, onların üzünü tələbə yoldaşları bir dəfə də olsun görməyib, səsini eşitməyiblər.

Bakı Biznes Universitetində imtahatlar zamanı «5» almağın müşkül məsələ olduğunu iddia edən mənbənin sözlərinə görə, adıçəkilən ali təhsil ocağında əla qiymətin kimin alıb, kimin almayacağını rektoratlıq müəyyən edir. Rektorluğun mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.