"Natavan Şıxovanın arxasında dayanan Cəlilabad RTŞ müdiri Elminaz Nadirovadır."- İTTİHAM

23-01-2017, 09:01           
"Natavan Şıxovanın arxasında dayanan Cəlilabad RTŞ müdiri Elminaz Nadirovadır."- İTTİHAM
Cəlilabad Təhsilindəki qanunsuzluqlardan teref.az-nun poçtuna daxil olan şikayət məktubları ilə sizi tanış etmişik. Bu dəfə teref.az-ya Vasif Cannar oğlu Əkbərov müraciət edərək, Cəlilabad Təhsilində baş verən qanunsuzluqlardan və prokurorluğun bu idarəni yoxlayarkən yol verdiyi qanun pozuntularından bəhs edir. Vasif bəyin şikayət məktubunu sizə təqdim edirik:
Cari dərs ili başlayandan Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbə təyin olunan direktor Natavan Şıxovanın korrupsiyasından, vəzifə səlahiyyətərindən istifadə edərək dövlət əmlakını talamağından Təhsil Nazirliyinə və Baş prokurorluğa müraciətlər etmişik.Məktəbimizin müəllimlərinin müraciətindən sonra Cəlilabad Rayon Prokuruluğunun əməkdaşı obyektiv araşdırma aparsa da sonradan nədənsə müəllimləri verdikləri izahatı dəyişməyə məcbur etdilər. Hətta prokurorluğa etdiyim şikayətdə bunları bildirib xahiş etdim ki, mənim şikayətimi araşdırmaq üçün başqa rayondan əməkdaş ezam edilsin çünki, məktəbin direktorumuz bu cinayətləri heç bir zaman təkbaşına həyata keçirə bilməz və bu artıq heç kimə də sirr deyil ki, onun arxasında duranlar daha yuxarıda oturub və bunlardan biri elə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirovadır. Dəfələrlə real neqativ faktlarla müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməmiş əksinə həmin neqativlərə qanun donu geyindirilməyə çalışılmışdır. Rayon Təhsil Şöbəsinin müdiri Elminaz Nadirova qanun tanımır onun idarəçiliyində Cəlilabad təhsili hər gün bir az da geri getməkdədir. Təhsil Nazirliyi tez bir zamanda şikayətləri nəzarətə götürməsə rayon təhsili böyük bir bazara çevriləcək.
Vasif Cannar oğlu Əkbərov
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru