“MTN İŞİ”NDƏ “ZƏRƏRÇƏKƏN” TANINANLAR BAŞQALARINA ZƏRƏRVURANLARDIR HAFİZ ABERKAROV VƏ ELMAN MURADOV QARABAĞ ƏLİLLƏRİNİN ƏMLAKINI , EVİNİ ZƏBT EDİB

27-01-2017, 10:34           
“MTN İŞİ”NDƏ “ZƏRƏRÇƏKƏN” TANINANLAR BAŞQALARINA ZƏRƏRVURANLARDIR HAFİZ ABERKAROV VƏ ELMAN MURADOV QARABAĞ ƏLİLLƏRİNİN ƏMLAKINI , EVİNİ ZƏBT EDİB
“MTN – Rabitə işi”ndə “zərərçəkən” kimi tanınanlar bəlli olduqca gerçəkdə bu “iş”in “oğru hesablaşması” olduğu tam çılpaqlığı ilə üzə çıxır . “Zərərçəkən”lərin özlərinin başqa vətəndaşların , hətta Qarabağ əlillərinin , şəhid , Milli Qəhraman ailələrinin torpaq , əmlak , mənzil hüququnu kobud pozması konkret faktlarla ortadadır . “Zərərçəkən” kimi tanınanlar elə tanınmışlardır ki !
Ölkənin aparıcı informasiya orqanları bu günlərdə “Generallar sahibkarı sillələdi , dişi sındı” başlıqlı yazılarında sahibkar Elman Muradovun keçmiş MTN quldurlarının basqısına , aşağılanmasına uğradığını yayıb . Düzü , belə informasiyalar son çağlarda adi hal aldığından zərərçəkənin kimliyi o qədər də önəmli olmazdı . Amma ... Elman Muradovun “Araz Plast” MMC-sinə məxsus Əhməd Rəcəbli – 46 ünvanındakı “Kaspian elektrik” mağazasının ofisində basqına , təhqirə uğramasını bildirməsi sahibkarın iç üzünü ortaya qoyur . AXI HƏMİN ƏHMƏD RƏCƏBLİ - 46 ÜNVANI DÖVLƏT SİFARİŞİLƏ QARABAĞ ƏLİLLƏRİNƏ , ŞƏHİD AİLƏLƏRİNƏ TİKİLƏN EVİN ÜNVANIDIR ! Ola bilər , Elman Muradov ofisi icarəyə götürdüyünü deyə bilər , ancaq axı başqasının , özəlliklə əlil , şəhid ailələrinin evini kimdən icarəsinə götürüb , bir də ifadəsində oranın ona məxsus olduğunu göstərib və ən başlıcası əlil , şəhid ailələri dəfələrlə Nərmianov prokurorluğuna , polisinə , məhkəməsinə evlərini zəbt edənlərin , Elman Muradovun da məsuliyyətə alınması üçün müraciət ediblər . Heç bu şəxsi məhkəmə də “rahatsız etməyib” . Bu sətirlərin yazarının bir neçə ərizəsinin məhkəmənin görməzliyə vurması faktdır . Ali hakimiyyət orqanlarına , Xüsusi Dövlət Mühafizə Xidmətinə ( əlil-şəhid evi işğalçılarından birinin Prezident mühafizəsinin keçmiş əməkdaşı olması deyilir ) elə MTN –in özünə edilən şikayətlər də sonuc verməyib və bu gün də əlil , şəhid Milli Qəhraman ailələri pandusu , kanalizasiyası , TV ötürücüsü və digər sosial infrastrukturu olmayan , otaqlarının hündürlüyü qanunda nəzərdə tutulduğundan ( 2,7 metr ) az olan , dörd yandan məmur obyektləri , villaları ilə hasarlanan , gün işığına həsrət qalan komendaturada (oxuma : evdə ) yaşamağa(mı?) məcbur ediliblər . İndi siz deyin , gerçək zərərçəkən kimdir ?
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) hüquq şöbəsinin keçmiş müdiri ( hazırda Nəsimi RİH -ə eyni görəvə transfer olunub ) Hafiz Aberkarovun da adı “MTN işi”ndə “zərərçəkən” kimi keçir və üzəduranlığı da faktdır . Daha sonra teref.azya yazan şikayətçi davam edir ki, bu məmurun sahibkarlıqla məşğul olması , saxta qeydiyyat çıxarışı ilə əmlak ələ keçirməsi neçə ildir ki məhkəmə predmetidir . “Dövlət qulluğu haqqında” qanuna zidd olaraq sahibkarlıq edən bu məmurun Qarabağ əlillərinin icarəyə götürmək istədiyi uçuq zibilxana kimi yararlanılan Şeyx Şamil küçəsi , “40 Pilləkən kompleksi”nin başındakı yeri Hafiz Aberkarov saxta “kupça” tərtib edərək ələ keçirib . “Kupça”nın saxtalığını “Azərpoçtun rəsmi məktubla olmayan ünvana (Nərimanov prospekti-2A) verilməsi və “e-gov - elektron hökumət” portalından qeydiyyat və reyestr nömrəsinin düzgün yazılmadığını bildirməsi sübut etsə də indiyədək Səbail prokurorluğu cinayət işi qaldırmağa “xüsusat tapmır” , istintaq orqanları araşdırma aparmaqdan , adi “kupça”nı ekspertizaya göndərməkdən imtina edir . Ədliyyə Nazirliyinin (ƏN) Məhkəmə Ekspertizası Mərkəzi isə heç ƏN –dən müraciət edilməsinə baxmayaraq yalnız istintaq , məhkəmə orqanlarının sorğusuna əsasən ekspertiza apacağını açıqlayır . Belə imtinanın Hafiz Aberkarovun ƏN , məhkəmə , polis , prokurorluq orqanlarına qanunsuz basqısı ilə gerçəkləşməsindən qaynaqlanması sirr deyil . Baxın , 3 ildir bu məmura qarşı Səbail və Yasamal rayonlarında qaldırılan iddialara , şikayətlər baxılmır ! Hətta Bakı Apellyasiya Məhkəməsi bir neçə dəfə aşağı instansiyaların qərarlarını ləğv edib yeni baxışa göndərsə də , Hafiz Aberkarov “məhkəmə toxunulmazlığı hüququnu” saxlayıb . Prokurorluğun saxta sənədlə bağlı tədbir görməməsi də düşündürücüdür .Necə olur , prokurorluq saxta ali təhsil diplomlarına görə cinayət işi başlayır , amma saxta “kupça” tərtib edib əmlakı ələ keçirənləri görməzliyə vurur . Belə çıxır , saxta “kupça” tərtib edilməsi cinayət deyil ,ya da bu cinayətin arxasında daha yüksək çinli məmurlar dayanır . Elə saxta çıxarışla həmin əmlak talançılarından birinin PA rəsmisi Əli Əsədovun olması barədə deyilənlər də bu fikri gücləndirir .
İndi siz deyin , kimdir gerçək zərərçəkən ? Qarabağ əlillərinin , şəhid , Milli Qəhraman ailələrinin evini , əmlakını ələ keçirənlər , yoxsa ...Hər halda sıradan vətəndaş üçün bu “oğru hesablaşması” maraqsızdır .
Məğrur Bədəlsoy
teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru