KÖÇKÜN XANIM İŞĞALDAKI RAYONDAN ARAYIŞ GƏTİRMƏLİDİR ?

30-01-2017, 10:46           
KÖÇKÜN XANIM İŞĞALDAKI RAYONDAN ARAYIŞ GƏTİRMƏLİDİR ?
“KİM NƏ DEYƏR BİZDƏ OLAN QEYRƏTƏ , QEYRƏTİMİZ BƏLLİ BÜTÜN MİLLƏTƏ”
Məcburi köçkünlərin 20 manatlıq yemək xərcilə kommunal xərclərinin vahid 36 manatlıq müavinətlə əvəz olunmasının ayrı – seçkiliyə , etirazlara nədən olacağı gözləniləndi . Axı , pis – yaxşı bütün köçkünlərə sözügedən 20 manatlıq yemək xərci heç bir şərt qoyulmadan ödənilirdi . İndi isə NK – nın qəbul etdiyi qaydalar bir çox köçkünlərin bu yeməkdən də məhrum ediləcəyini deməyə əsas verir . Məcburi köçkünlər elə arayışlar gətirməyə məcbur edilir ki !?
İmanova (sonradan həyat yoldaşının soyadı ilə Zamanova ) Qumru Rəhim qızının ata – anası altı körpə uşaqla Ağdamın Mərzili kəndindən 1993 – cü ilin 23 avqustunda didərgin salınıb Ağsunun Muradlı kəndinə sığınanda 10 yaşı olub . İndi də Qumru xanımın anası Sarıgül İmanova Muradlı kəndində olduqca ağır durumda yaşamağa məcburdur . Buna yaşamaq demək mümkünsə ... Fikir verin , mənzil şəraitinin ağırlığından zavallı ana uşqalarını evləndirə də bilımir . Ev var ki , gəlin də gətirsin ? Səsini isə “Qaçqınkom” eşitmək istəmir . Qumru Zamanovanın alnına yazılan avqust köçkünlüyünün üzərinə isə 2 il öncəki avqust ayrılığı da əlavə olunub . Ağsu rayon sakini həyat yoldaşının 2015 –ci ilin avqustunda dünyasını dəyişməsilə gənc ana 2 körpə qız uşağını tək böyütməyə məcbur olub . Qanunvericiliyin tələbinə görə köçkün olmayan şəxsə ərə gedən məcburi köçkün xanımın həyat yoldaşı öldükdə avtomatik olaraq dul qadın və uşaqları “məcburi köçkün” statusu əldə etmiş olsalar da , artıq ilyarımdır iki körpə uşaqlı qaçqın ailəsinin yemək pulunu “Qaçqınkom”un yerli şöbəsi yeyir . İki körpə uşaqlı xanımdan bilirsiniz nə tələb olunur ? Ağdamdan məcburi köçkün düşməsini təsdiq edən arayış !(??) Bəyəm “Qaçqınkom” “elektron hökumət”in üzvü deyil ? Qaçqın düşəndə 10 yaşı olan uşaq indi 2 körpə uşaqla Ağdama gedib kimdən arayış almalıdır ? Bəyəm bu xanım ərə gedənə kimi indi də Ağsunun Muradlı kəndində yaşayan ailəsi ilə birgə “məcburi köçkün” statusunda olmayıb ? Ərinin ölməsilə onun “məcburi köçkün” statusunu bərpa etmək “Qaçqınkom”un görəvi deyil ? Deyəsən , hamısı ritorik suallar oldu ...
2 körpə uşaqlı xanım məcburi köçkünün Ağdama gedib arayış gətirməyə məcbur edilməsi qara baxtlı Qarabağ ailəsinin qaragünlü olmasından soraq verir . Bu “arayış dələduzluğu”nun təkcə yemək pulunu yemək adına edilməsini düşünənlər yanılır . Axı , məcburi köçkün ailəsi neçə illərdir , vurğuladığımız kimi , evsizlikdən də əziyyət çəkir , mənzil arayışını – orderini isə artıq Ağdam yox , Bakı – “Qaçqınkom” verməlidir ! Yəqin elə buna görə 23 ilin qaçqın ailəsi işğal altındakı rayondan arayış gətirməyə məcbur edilir .
Ah , yazıq Vətən , qarabaxt Qarabağ ! Beşdən birini dığalar , beşdən dördünü dılğırlar işğal edən yazıq Vətənimiz !
Məğrur Bədəlsoy
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru