79 saylı İmişli Seçki Dairəsində daha bir gərginlik - KXCP-nin namizədi də seçkidən imtina etdi

29-10-2015, 21:11           
79 saylı İmişli Seçki Dairəsində daha bir gərginlik - KXCP-nin namizədi də seçkidən imtina etdi
79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd, KXCP “Demokratik Birlik” fraksiyasının İdarə Heyətinin üzvü İsmayıl Yusifov namizədliyini geri götürdüyü haqda bəyanat verib.

Bəyanatda deyilir:

“Bütün səviyyələrdə çağırışlara rəğmən siyasi məhbusların azad edilməməsi, demokratik seçki mühitinin olmaması, seçki komissiyalarının hakimiyyətin nəzarətində olması, yerli İcra Hakimiyyəti orqanlarının hakimiyyətin xeyrinə seçki prosesinə müdaxilə etməsi, xeyli sayda namizədin ayrı-ayrı üsullarla seçkidən kənarlaşdırılması, pulsuz efir vaxtının verilməməsi, Milli Şuranın seçkilərdə iştirakdan əvvəlcədən imtinası və siyasi qüvvələrin seçkiləri sonradan baykot etməsi bu seçkilərin ədalətli şəkildə keçiriləcəyini öncədən şübhə altına almağa əsas verir”.

Həmçinin, İsmayıl Yusifov KXCP-nin namizəd kimi qeydiyyatdan keçmiş üzvlərinə namizədliklərini geri götürməyi tövsiyə edib.

Daha sonra qeyd edib ki, hazırki vəziyyətdə seçkilərdə iştirak etmək hakimiyyətin saxtakarlığına şərik olmaq anlamına gəlir və gəlcəkdə bizi müxalifət partiyası kimi sual altına qoyur. İndiki durumda KXCP seçkilərdə iştirakdan geri çəkilməli və onun nəticələrini tanımayacağını əvvəlcədən bəyan etməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.