Xanım işçisindən Xaləddin İsgəndərova mesaj: - “Peşman deyiləm”

30-10-2015, 17:44           
Xanım işçisindən Xaləddin İsgəndərova mesaj: - “Peşman deyiləm”
“Təxminən ay yarım oldu. Və mən bu ay yarımda həyatımda verdiyim heç bir qərara görə peşman olmadığımı anladım”.

AzVision.az xəbər verir ki, bunu Binəqədi rayon İcra hakimiyyətinin keçmiş şöbə müdiri Nuridə Allahyarova “Facebook” səhifəsində yazıb. O, fikirlərini belə davam etdirib: “Anladım ki, o an üçün ən yaxşısı o qərar idi”.

Qeyd edək ki, sentyabr ayında N.Allahyarova bildirib ki, artıq Binəqədi icra hakimiyyətində çalışmır: “Binəqədi icra hakimiyyətində çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız. Binəqədi ilə bağlı bütün suallarınıza cavabım eyni olacaq. Görünən dağa bələdçi lazım deyil! Qurumda çalışdığım müddətdə tanıdığım bütün dostları qazancım hesab edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru