MSK qərarının şok səbəbi ortaya çıxdı

31-10-2015, 20:39           
MSK qərarının şok səbəbi ortaya çıxdı
Seçkilərin yekun protokolları artıq hazır olduğu üçün Müsavatın seçkidən çıxması hakimiyətə ciddi problem yaradıb

Müsavat Partıyası ilə Mərkəzi seçki komossiyası arasında son günlər yaşanan hüquqi qalmaqalın səbəbi ortaya çıxıb. Xəbər verdiyimiz kimi, Müsavat Partiyas oktyabrın 28-də seçkidən çıxmaq haqqında qərar verib. Bu qərara uyğun olaraq Müsavat Partiyası tərəfindən irəli sürülən deputatlığa namizədlər öz namizədliklərini geri götürüblər.

Lakin əksər dairələrdə Dairə seçki komissiyaları müsavatçıların bu haqda ərizələrini qəbul etmirlər. Ərizələrin qəbul edildiyi dairələrdə isə namizədliyin seçkiyə 4 gün qalmış geri götürülməsinin yolverilməz olduğu bildirilib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da bu məsələ ilə bağlı iki ziddiyətli açıqlama verib. Məzahir Pənahov oktyabrın 29-da jurnalistlərə verdiyi açıqlamada "Hər bir partiyanın seçkidə iştirak edib-etməməsi həmin partiyanın öz işidir, bunun özü də bir seçimdir” deyib. Lakin cəmi bir gün sonra Məzahir Pənahov MSK-nın növbədənkənar toplantısının çağıraraq, Müsavatın seçkidən çıxmasının yolverilməz olması barədə qərar qəbul edib və bəyanat yayıb. MSK sədri Müsavatın seçkidən vaxtında çıxmadığını deyib və DSK-lara müsavtçı namizədlərin öz namizədliklərini geri götürməsi barədə arizələri təmin etməmək haqda açıq tapşırıq verib.

"Basta”ya MSK qərarının şok səbəbi bəlli olub. Məlumatlı mənbədən daxil olan məlumata görə, səsvermənin yekununa dair protokollar artıq hazırdır. Mənbə bildirir ki, artıq Prezident Apparatında seçkilərdə hansı namizədin və partiyanın neçə səs toplayacağı müəyyən edilib. Bu rəqəmlərə uyğun olaraq, məntəqə və dairə seçki komissiyalarının protokolları tərtib edilib. Bu səbəbdən Müsavatın seçkiyə 4 gün qalmış seçkidən çıxması hakimiyyət üçün gözlənilməz problem yaradıb. Müsavatçı namizədlərin seçkidən çıxması hakimiyyəti məcbur edir ki, 5 mindən artıq karbonlaşdırılmış protokolu təkrar çap edib, yeni hesablamalara əsasən tərtib etsin. Bu səbəbdən müsavatçı namizədlərin seçkidən çıxması rəsmiləşdirilmir.///bastainfo.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.