Azərbaycandakı seçkilərlə eyni gündə: Türkiyədə təkrar parlament seçkiləri başladı 1-11-2015, 12:29 Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) 26-cı çağırış millət vəkillərini müəyyən etmək üçün seçkilər keçirilir.Avropa.info xəbər verir ki, bu gün xalq parlamentin növbəti dəfə tərkibini müəyyən etmək məqsədilə səs verəcək. Keçirilən seçkilərdə 54 milyon 49 min 940 seçici, həbsxanalarında qurulacaq 358 sandıqla birlikdə cəmi 175006 sandıqda səs verəcək. Türkiyə tarixində çox mühüm xarakter daşıyan bu seçkilərdə 16 siyasi partiya ilə yanaşı həmçinin 21 bitərəf namizəd də mübarizəyə qoşulacaq. Səsvermənin müddəti bəzi rayon və vilayətlər üçün yerli vaxtla saat 07:00-dan 16:00-a qədər, digər bir çox bölgələrdə saat 08:00-dən 17:00-a qədərdir. Facebook-da paylaş