Döyülən rektor qızı bu cildə girdi – Foto

1-11-2015, 19:53           

Bir müddət əvvəl döyülməsi ilə gündəmə gələn rektor qızı “Hellovin” bayramını qeyd edib.

Axar.az-ın məlumatına görə, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva fotosunu paylaşıb. Hazırda İstanbulda olan Ülkər bayram şənliyində iştirak edib.

Dünyanın bir çox ölkəsində Hellovin qeyd edilir. Həmin gün gənclər və uşaqlar qorxulu kostyum geyinir, qapı-qapı gəzərək şirniyyat yığırlar. Ü.İsayeva da bu bayrama qoşulmaqdan geri qalmayıb.

Yada salaq ki, Ü.İsayeva bu il martın 8-dən 9-na keçən gecə tanışları - Zaur və Elin Məmmədov qardaşları tərəfindən ictimai yerdə zorakılığa məruz qalıb. Hadisə Səbail rayonu ərazisində – Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində baş verib. Rektor qızı video-görüntüdə özü olduğunu təsdiqləyib. H.İsaxanlı isə kadrlarda Katya adlı bir qızın olduğunu iddia edib. Ülkərlə Zaur arasında sevgi münasibətləri olduğu da mətbuatda yer alan xəbərlər arasındadır.

Ü.İsayeva tanınmış həkim Tərlan Əhmədzadənin gəlini olub. Ülkər İsayeva Tərlan Əhmədzadəninnın oğlu Aydınla ailə qurub. O, Aydın Əhmədzadə ilə 2014-cü ilin yayında Nəsimi rayon Məhkəməsinin qərarı ilə boşanıb. Bu nikahdan onların bir qız övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru