Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər yersizdir

30-03-2025, 10:04           
Ukraynada sülhməramlıların yerləşdirilməsi ilə bağlı təkliflər yersizdir
"Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya sülhməramlıların göndərilməsi ilə bağlı təklifləri yersiz və tezdir. Çünki bunun üçün hələ heç bir şərait yoxdur".

Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “YouTube” platformasında yayımlanan “Ultrahang” kanalına müsahibəsində deyib.

"Sülhün qorunması yalnız sülh olduqda aktual ola bilər. Müharibə zamanı sülhün qorunmasından danışmaq mənasızdır. Orada ümumiyyətlə sülhməramlıların olub-olmayacağı, nə vaxt və necə olacağı bəlli deyil. Bunun üçün minimum şərtlər belə yoxdur", - nazir əlavə edib.

Siyartonun sözlərinə görə, hazırda əsas məsələ sülh bağlamaq, atəşkəs şərtlərini razılaşdırmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru