BMT-nin bu qurumunun Azərbaycanda fəaliyyəti başa çatdı

6-05-2025, 09:44           
BMT-nin bu qurumunun Azərbaycanda fəaliyyəti başa çatdı
Bu ilin may ayında BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyinin fəaliyyəti başa çatıb.

Bu barədə BMT-nin Əhali Fondundan APA-ya bildirilib ki, Azərbaycanda mövcud olduqları 30 il ərzində UNFPA hökumətə və digər milli və yerli tərəfdaşlara ana sağlamlığının yaxşılaşdırılmasında, gender zorakılığına qarşı mübarizədə və əhali siyasətinin təşviqində əsas rol oynayıb.

“UNFPA-nın Azərbaycanla qarşılıqlı fəaliyyəti onun Şərqi Avropa və Mərkəzi Asiya üçün regional bölməsi, eləcə də qərargahı vasitəsilə davam etdiriləcək”, – bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru