Prezidentin iki köməkçisi və iki dövlət müşaviri yeni strukturda yer almayıb - SİYAHI

1-06-2017, 19:46           

Azərbaycan Prezident Administrasiyanın yeni strukturu təsdiqlənib və administrasiyanın bəzi vəzifəli şəxsləri yeni strukturda yer almayıb.
"Report"un xəbərinə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Azərbaycan Prezidentinin köməkçisi Tariyel Ağayev, Azərbaycanın millətələrarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri xidmətinin İqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev, Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov yeni strukturda yer almayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru