“Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib” - Prezident İlham Əliyev

6-06-2017, 13:00           
“Azərbaycanda insan hüquq və azadlıqları təmin edilib” - Prezident İlham Əliyev
Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərliyi və ombudsmanların III görüşündə Azərbaycan prezidentinin tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub.

APA-nın məlumatına görə, müraciəti prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi, şöbə müdiri Fuad Ələsgərov oxuyub.

Dövlət başçısı müraciətində qeyd edib ki, Azərbaycan dünyada tolerant mühitinin inkişafına, mədəniyyətlərarası dialoqun qurulmasına mühüm əhəmiyyət verir: “Bu ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi, İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdə mühüm töhfəsidir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu görüşünün Bakıda keçirilməsi də mühüm hadisədir. Azərbaycan dayanıqlı inkişafa nail olan müasir ölkədir. Ölkəmizdə şəffaf münasibətlər sistemi formalaşdırılıb, insan hüquq və azadlıqları təmin edilib. Dövlət xidmətlərində tətbiq etdiyimiz model korrupsiyanın qarşısının alınması üçün beynəlxalq təcrübədə ən yaxşı model kimi təqdim edilir. İqtisadi Əməkdaşlıq Təşkilatının bu tədbiri əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.