Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb: 2,1 milyard - İLGİNC FAKT

6-05-2025, 00:12           
 Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb:
Ötən il Azərbaycanda hava nəqliyyatı ilə 4 milyon 44,7 min sərnişin daşınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hava nəqliyyatından istifadə edən sərnişinlərin 3 milyon 296,3 mini beynəlxalq, 748,4 mini isə daxili uçuşlardan istifadə edib.
Qeyd edək ki, ötən il sərnişin daşınmasından əldə olunan gəlir 2 milyard 99 milyon 1,4 min manat olub. Bu gəlirin 2 milyard 39 milyon 555,8 min manatı beynəlxalq uçuşlardan, 59 milyon 445,6 min manatı isə daxili uçuşlardan əldə olunub.
Məlumat üçün bildirək ki, 2020-ci ilin aprel ayında Azərbaycanda quru sərhədlər bağlandıqdan sonra hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirlər kəskin şəkildə artıb.
Cədvəldə son 5 ildə hava nəqliyyatından istifadə edən sərnişinlərin sayı və əldə olunan gəlirlər qeyd olunub:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru