“Manatlıq” taksilərlə bağlı mühüm açıqlama – Sürücülərin nəzərinə

Bu gün, 09:24           
“Manatlıq” taksilərlə bağlı mühüm açıqlama –
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri Vəli Məmmədovun “manatlıq” taksilərlə bağlı fikirləri diqqət çəkib. O, belə bir anlayışın olmadığını, lakin ərazilərdə polislər olmayanda həmin sürücülərin fəaliyyət göstərdiyini bildirib. Bəzi ekspertlər qeyd edir ki, “manatlıq” taksilərə tələbat çoxdur və görünür, qurum onlarla mübarizə apara bilmir.

Çıxış yolu nədir? Paytaxtda “manatlıq taksilər”in qanunsuz fəaliyyəti necə tənzimlənməlidir?

TEREF xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, problemi cərimələrin artırılması ilə həll etmək mümkün deyil:

“Bu, müvəqqəti çıxış yoludur. “Manatlıq” taksi müntəzəm sərnişindaşıma deyil. Mövcud qanunvericiliyə görə, taksi xidməti də sayılmır. Fikrimcə, problemi həll etmək çətindir. Bu istiqamətdə dəfələrlə çağırış etmişik ki, həmin sürücülər fəaliyyətlərini leqallaşdırsınlar. Düzdür, rəsmiləşdirənlər də var, amma qeyri-qanuni hərəkət edənlər də çoxdur. Proses qanuniləşdirilməlidir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.