Valideynlərin NƏZƏRİNƏ: Bir sıra bağçalar TƏMİR EDİLƏCƏK

6-05-2025, 10:37           
Valideynlərin NƏZƏRİNƏ: Bir sıra bağçalar TƏMİR EDİLƏCƏK
Azərbaycanda bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir və abadlıq işləri aparılacaq.

TEREF "Trend"ə istinadən xəbər verir ki, bununla əlaqədar kommunal-kommunikasiya sahəsində də işlər həyata keçiriləcək.

Artıq bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində müvafiq işlərə start verilib.

Nazirlik hələlik bu işlərin hansı məktəbəqədər təhsil müəssisələrində aparılacağını açıqlamasa da, bunun ümumilikdə 9.8 milyon manata başa gələcəyi proqnozlaşdırılır.

Eyni zamanda, nazirlik hazırda bu işləri icra edəcək şirkəti müəyyənləşdirmək üçün axtarış aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru