"Azərbaycanda əlillərin heç bir hüququ yoxdur" - GİLEY
Bu gün, 09:47

“Autizmlə Mübarizə” İctimai Birliyinin sədri Çiçək Məmmədli ciddi sosial problemlərlə üzləşdiklərini bildirir. "DİA-AZ" xəbər verir ki, onun sözlərinə görə, iki övladının xəstə olmasına baxmayaraq, illərdir dövlətdən lazımi dəstəyi ala bilmir.
Çiçək Məmmədli deyir ki, iki övladı autizmdən əziyyət çəkir və hər ikisində də skolyoz diaqnozu qoyulub. Həyat yoldaşı isə ikinci qrup əlildir. O bildirir ki üç ildir ki, həyat yoldaşı üçün əlil arabası verilməsi ilə bağlı müraciət edib, amma bu günə qədər onun müraciətinə baxan olmayıb.
O qeyd edir ki skolyoz xəstəliyindən əziyyət çəkən övladları üçün ortopedik döşək verilməli olsa, ailə döşəkləri ala bilmir. Vətəndaş deyir ki, bununlarla yanaşı iki ildir ki, uşaqlar reabilitasiya xidmətindən kənarda qalıb və bu müddətdə qazandıqları vərdişləri də unudublar.
Çiçək Məmmədli ölkədə əlilliyi olan şəxslərə qarşı biganəliyin olduğunu, əlilərə hörmət edilmədiyini, məmurlar tərəfindən hüquqlarının tapdalandığını bildirir. Çətin şəraitdə yaşadığını və bəzi məmirlar tərəfindən təhqir olduğunu deyən şikayətçi aidiyyatı qurumlara müraciət edərək, bu məsəlınin araşdırılaraq onun ailəsinə kömək etmələrini xahiş edir...