Rezidenturaya əlavə yerləşdirmənin nəticələri açıqlandı:"Avqustun 2 və 3-də qeydiyyatdan keçməlidirlər"

1-08-2017, 15:12           

Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə qəbul üçün keçirilən müsabiqənin nəticələrini açıqlayıb.

teref.az DİM-ə istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib. onların 11-i rezidenturaya qəbul olub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru