Yol Polisi forma 4-ü neyləyir - Oxuyandan sonra biləcəksiniz
16-10-2017, 10:04

teref.az oxuculara maraqlı olacağını nəzərə alaraq bu statusun nöqtə və vergülünə əl dəymədən sizə təqdim edir:
"Sizə kiçik sirr açım. Böyük və ya kçik fərq eləmir, qəza keçirən adamlar prosedurları bilir. “Forma 4” deyilən nə işə yaradığı bilinməyən bir kağız parçası var. Hansıkı lazımsız bir şey olduğu halda insanlar bu kağızı vacib bilir. Bu sadəcə Yol Polisi ilə sığortanın birləşib yaratdığı bir şeydir, məqsəd insanlardan rüşvət almaqdır. Proseduru ard- arda yazıram, diqqətli oxuyub, yadda saxlayın.
Qəza olur, sığorta və polis gəlir, günahın kimdə olduğunu aydınlaşdırır. Səhər Yol Polisinə çağırılır və gözlənilən an.
Sənədlərə qol çəkildikdən sonra QAYİ sizə kağız verir ki, gedin sığortadan FORMA 4 deyilən sənədi götürün və qayıdıb bura gəlin. Elə edin ki, sizin vuran sizi görməsin. Belə də açıq- aşkar deyir. Düzü əvvəl nə dediyini anlamamışdım. Nəisə getdim sığortaya kağızı götürdüm, polisə getmək istəyəndə dedim sığortada 10 ildir işləyən tanışım var, onu yığım, görüm nə məsələdir bu? Zəng etdim, dedi, o kağızı polisə aparsan səni 40 gün yubadacaqlar və tezləşdirmək üçün 100 AZN istəyəcəklər həmin gün vermək üçün. Dedim bunları etməmək üçün bəs mən nə etməliyəm? Dedi ki, yığ səni vuran adama xahiş elə gəlsin sığortaya, hər ikiniz birlikdə sığortanın ofisində bir yerdə olsanız, birlikdə qol çəksəniz FORMA 4 lazımsız bir sənəd olacaq və cırıb atacaqlar. Dedim okey, gözlə razı salım. Zəng vurdum kişiyə, dedim taksinin də pulunu artıqlamasıyla verəcəm, zəhmət olmasa sığortanın ofisinə yaxınlaşın. Razılaşdı və tez də özünü sığorta binasına çatdırdı. İkimiz birlikdə sığortaya daxil olanda onlar özləri də təəccübləndi və içəridən mütəxəssis çağırdılar. Yəni görünür ayda 1 dəfə belə hadisə baş verir. Yoxsa mütəxəssis işçilərin yanında oturardı. Nə isə. Dedi hər iki tərəf burdadır ki? Dedim bəli.
2 sənəd hazırlandı, kişi qol çəkdi və dedilər gedə bilərsiz. Mənə də bank kartı verdilər və 3 gün ərzində pulu kartın balansına qoydular. Yol Polisi də orda gözləyə- gözləyə qaldı.
Uzun olduğunu bilirəm amma yaralı məsələdir. Uzun sözün qısası- aldanmayın!"
TEREF.İNFO