“Yaşayan Mədətovlar” - Qardaşı Müşfiq Mədətova belə dəstək oldu

16-10-2017, 12:29           
“Yaşayan Mədətovlar” - Qardaşı Müşfiq Mədətova belə dəstək oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətov “İçərişəhər” stansiyasının yaxınlığında bıçaqlanıb. O, bədəninin bir neçə yerindən, xüsusən də üz və qulaq nayihələrindən bıçaq zərbəsi alıb.

“Qafqazinfo” xəbər verir ki, Müşfiq Mədətovun qardaşı, tanınmış prodüser Anar Mədətov hadisədən sonra sosial şəbəkədə birgə fotolarını paylaşıb. O, fotoya “Yaşayan Mədətovlar” şərhini yazıb.

“Qafqazinfo” hadisə ilə bağlı prodüserlə əlaqə saxlamağa çalışıb. Lakin onun hər iki telefon nörməsinə zəng çatmayıb.

Qeyd edək ki, Müşfiq Mədətov hazırda Səbail Rayon Polis İdarəsində saxlanılır. Bildirilir ki, M. Mədətovun saxlanılmasına səbəb onun hadisəylə bağlı dindirilməsidir.

Xatırladaq ki, ailənin daha bir tanınmış üzvü Mahir Mədətov Azərbaycan millisinin və "Qarabağ"ın şərəfini qoruyur. Məlum hadisəylə bağlı onun da mövqeyini öyrənmək istəsək də, futbolçu bu barədə danışmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru