4-ci sinif Azərbaycan dili dərsliyində biabırçılıq - MƏKTƏBLİLƏR KITABI BAŞ-AYAQ OXUMAĞA MƏCBURDURLAR

16-10-2017, 12:31           
4-ci sinif Azərbaycan dili dərsliyində biabırçılıq - MƏKTƏBLİLƏR KITABI BAŞ-AYAQ OXUMAĞA MƏCBURDURLAR
Son günlər mətbuatda Azərbaycanda dərsliklərlə bağlı ciddi problemlər ortaya çıxır və müzakirə olunmaqdadır. Analoji problem 4-ci sinif Azərbaycan dili dərsliyində də mövcuddur.
Dia.az xəbər verir ki, unikal.org-un araşdırmasına görə, 4-ci sinif Azərbaycan dili dərsliyinin 41-ci səhifəsinin “düşün və cavab ver” bölümündə ciddi yanlışlığa yol verilib.
Belə ki, dəsrlikdə tapşırıq mətni əks istiqamətdə yazılıb və təbii ki, bu da məktəblilərin çaşqınlığına səbəb olur. Məktəblilər kitabı baş-ayaq oxumağa məcburdurlar.
Həmin faktı görüntü ilə sizlərə təqdim edirik.
Qeyd edək ki, “Azərbaycan tarixi” və “Ümumi tarix” fənləri üzrə X sinif dərsliyində xəritə yanlışlığı ilə bağlı mətbuatda və sosial şəbəkədə müzakirələr davam edir. Hadisə ilə bağlı Təhsil Nazirliyi sərt tənqid olunur.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.