Bakıda oğlanlar məktəbli qızların soyunub-geyinmə otağına girdilər – VİDEO

17-10-2017, 21:58           
Bakıda oğlanlar məktəbli qızların soyunub-geyinmə otağına girdilər – VİDEO
Bakıda gənc oğlanlar məktəbdə qızların geyim otaqlarına daxil olub, oğurluq ediblər.

TEREF.İNFO mətbuat.az-a istinadən bildirir ki, hadisə Xətai rayonu 261 saylı orta məktəbdə qeydə alınıb. Məktəbə daxil olan iki gənc oğlan otaqları gəzərək, oğurluq etmək istəyib. Qız uşaqlarının geyim otağını boş görən oğrular şagirdlərdən birinin mobil telefonunu oğurlayıblar.

Polisin araşdırması zamanı məlum olub ki, həmin gənclər bundan əvvəl başqa məktəblərə də daxil olaraq, bu şəkildə oğurluq ediblər.

Məktəbin direktor köməkçisinin hadisə ilə bağlı valideynlərə göndərdiyi səs yazısını təqdim edirik:

Qeyd edək ki, hadisə ilə bağlı məktəb rəhbərliyi ilə əlaqə saxladıq. Məktəbin direktoru bildirdi ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.

Məsələ diqqətimizdədir…
[media=https://www.youtube.com/watch?v=18iTO-5vbHA]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru