Özündən 5 yaş kiçiyə ərə gedən əməkdar artistimiz: "Ərim məni atıb, pullarımı sevgilisi ilə ..."

6-06-2017, 13:14           
Özündən 5 yaş kiçiyə ərə gedən əməkdar artistimiz: "Ərim məni atıb, pullarımı sevgilisi ilə ..."
Əməkdar artist, Gənc Tamaşaçılar teatrının aktrisası Naibə Allahverdiyeva xəstəliyi ilə bağlı yayılan xəbərlərdən narazılıq edib.

Hazırda Bilgəhdə sanatoriyada müalicə olunan aktrisa yenicag.az-a açıqlama verib.

"Sosial şəbəkədə ünvanıma yazılan rəylərdən bezmişəm. Bütün günü şəxsi həyatımı müzakirə edirlər. Hərə bir şey yazır, deyirlər, guya ərim məni atıb gedib, guya o məndən 20 yaş böyükdür. Əslində yoldaşım məndən cəmi 5-6 yaş kiçikdir. Ən dəhşətlisi isə budur ki, guya mən ona biznes qurmaq üçün 200 min manat borc da götürmüşəm. O da həmin pulu alandan sonra sevgilisi ilə özünə iş qurub, məni atıb. Buna görə də əsəbdən xəstəlik tapmışam. Yalandır, biz bir yerdəyik, arada bütün ailələr kimi söz-söhbətimiz də olur, amma keçib gedir. Qaldı ki, pul məsələsinə, mən niyə kişiyə pul xərcləməliyəm axı? Bu, bir yana, axı mən də aktrisayam, məndə o qədər pul hardandır ki, ona biznes də qurum".

Aktrisa nikahsız yaşaması ilə bağlı gəzən şayiələrə də aydınlıq gətirib:

"Deyirlər ki, guya mən ərimlə qeyri-rəsmi nikahda yaşayıram. Lazım gələrsə, rəsmi nikah kağızımı da sizə göstərərəm. Belə də ki, şəxsi həyat özümə məxsusdur. Özüm bilərəm, ərə getmişəm- getməmişəm, kimə nə dəxli var?"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru