“Polad Ələmdar” Şəms Təbrizi rolunu canlandıracaq

30-03-2018, 19:25           
“Polad Ələmdar” Şəms Təbrizi rolunu canlandıracaq
Uzun illərdir “Kurdlar Vadisi” filmində “Polad Ələmdar” rolunun ifaçısı Necati Şaşmaz bu dəfə başqa bir rol oynayacaq. Necati Şaşmaz bu dəfə Mövlanə Cəlaləddin Ruminin mürşidi olan Şəms Təbrizi xarakterini oynayacaq.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, yeni filmin ssenarisinin Necati Şaşmaza aid olan filmdə Şəms rolunu canlandırmağı qərara alıb.

Şəms Təbrizi 1185-ci ildə Təbrizdə dünyaya gəlib. Əsl adı Mövlanə Mühəmməd olub. Şəms özü Məlik Dad oğlu Əli adlı bir alim övladıdır.

Mövlanə Mühəmməd “Şəms” və “Şəmsəddin” ləğəbini götürüb. Mənası dinin günəşi deməkdir. Kişik yaşlarında dini elm alan Şəms öz qabliyyəti ilə diqqət çəkən bir gənc olub. Gənc yaşlarında Təbrizli Əbubəkir Səllafa murid olan Şəms diyar-diyar dolaşaraq dövrünün bütün tanınmış şeyxlərindən elmin sirlərini öyrənməyə çalışıb. Diyar-diyar gəzib alimlərdən elmin sirrini öyrəndiyinə görə ona “Şəmsəddin Pərəndə”, təbrizli təriqət pirlərivə həqiqət arifləri onu “kamili Təbrizi” də adlnadırıblar.

Hər zaman axtarışda olan Haqq aşiqi Şəms Konyada Mövlanə Cəlaləddin Rumi ilə görüşüb və uzun müddət onunla bir yerdə olub. Mövlanə Şəmsdən təsəffüv elminin sirlərini öyrənib və onun müridi olub.

lakin bir müddətdən sonra Mövlanə Rumi İlə Şəmsin çox yaxın olması bir çoxlarında qısqanclıq hissi oyadır. Nəticədə Şəms Konyanı tərk etməli olur. Hazırda Konyada, Cənubi Azərbaycanın Xoy şəhərində,Pakistanda , hətta Hindistanda Şəmsin qəbrinin olduğu bildirilir.

Necati Şaşmaz Şəmsin həyatı ilə bağlı yazdığı ssenari əsasına film çəkməyə hazırlaşır və bu filmdə Şəms rolunu canlandıracaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.