İstanbulda İmamoğluya görə dəstək mitinqi keçirilib

30-03-2025, 09:24           
İstanbulda İmamoğluya görə dəstək mitinqi keçirilib
İstanbulun Maltepe rayonunda İstanbul Böyükşəhər Bələdiyyəsinin həbs olunan sədri Əkrəm İmamoğluya dəstək mitinqi keçirilib.

XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, aksiyada iştirak edənlərin sayının 2,2 milyon nəfər olduğu deyilir.

Vətəndaşlar əllərində Türkiyə bayraqları ilə mitinqə qatılıblar. Mitinq zonasının müəyyən nöqtələrində nəhəng ekranlar və səs sistemləri qurulub.

Mitinqdə qurulan kürsüyə Əkrəm İmamoğlunun anası, atası, bacısı, həyat yoldaşı və oğulları birlikdə çıxıblar.

Mitinqdə Silivri həbsxanasında olan İmamoğlunun mesajı da oxunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru