“Neptun” marketlər şəbəkəsindən şikayətlər kütləviləşir - Xareab malları camaata sırıyırlar

18-08-2016, 13:17           
“Neptun” marketlər şəbəkəsindən şikayətlər kütləviləşir - Xareab malları camaata sırıyırlar

teref.az xəbər verir ki, Politika.Az-ın özəl məlumatına görə, Sehrana Rza adlı istehlakçı sözügedən şəbəkənin marketində rüsvayçı fakt aşkarlayıb.

Bu faktın fotolarını paylaşan vətəndaşın sözlərinə görə, soyuducuda bir qablaşdırmaya rast gəlib:

“Çəkiliş vaxtı yaxınlaşdılar ki, çəkməyin. Üzərində dağılmaması üçün tor, altında isə zədələnmiş və açıq paketdə ciyər. Bütün ət və balıq məhsulları da bir soyuducuda.
Qaydalara görə balıq məhsulları yalnız vaakum altına ümumi soyuducuda saxlanıla bilər. Əks halda ayrı saxlanılmalıdır”.

S.Rza qeyd edib ki, “Neptun” market isə bütün qaydaları pozur: “Açıq və artıq qaralmağa başlamış ciyəri, balıq iyli ət məhsullarını satmaq niyyətindədilərmi? Buna bir nəzarət olmalıdır”.

Ümumiyyətlə, son aylar supermarketlərdən şikayətlər artmaqdadır. Əsasən də manatın üzən məzənnəyə keçidindən sonra vətəndaşlar fırıldaqçılıqla üzləşir. Bakının “Neptun”, “Araz”, “Bizim market”, “Səbət”, “Bazarstore”. “Favorit” və digər marketlərindən narazılıqlar var.

“Neptun” mağazalar şəbəkəsi istehlakçıların hüquqlarını kütləvi şəkildə pozmaqda davam edir. Vətəndaşların narazılıq etdiyi bu mağazalarda alıcılar aldadılır, qiymətlər şişirdilir, kassalarda təqdim olunan qəbzlə vitrinlərdə göstərilən məbləğ üst-üstə düşmür.

Mətbuatda bu şəbəkə ilə bağlı onlarla şikayətə rast gəlmək olar. İnternet resurslarında axtarış verməklə həmin faktlarla tanış olmaq mümkündür. Marketlər şəbəkəsinin vergidən yayınması barədə də dəfələrlə iddialar yer alıb.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.